1 Yanvar 2016 23:37
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini ölkəsinin milli təhlükəsizliyinə təhdid olaraq, dəyərləndirən strateji sənədi imzalayıb.

Musavat.com xəbər verir ki, sənəddə Rusiyanın müstəqil daxili və xarici siyasətinə ABŞ və müttəfiqlərinin təhlükə yaratdığı deyilir.

2014-cü ildə Ukraynada başlayan böhran Rusiya ilə Qərbin münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu.

Həmin il Putinin məsləhətçisi Mixail Popov son illərdə NATO-nun genişlənməsini və Rusiya sərhədlərinə yaxınlaşmasını ölkənin təhlükəsizliyinə təhdid olaraq dəyərləndirmişdi.


Müəllif: