6 Yanvar 2016 17:58
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyndə İrana və Livan "Hizbullah"ına bağlı olan gizli terrorçu şəbəkənin üzvləri tutulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin şəbəkə krallıq ərazisində İranın xüsusi xidmət orqanları və Livan "Hizbullah"ının tapşırığına uyğun olaraq fəaliyyət göstərirmiş. Onlar Bəhreyndə silahlı qruplaşmalar hazırlayaraq partlayışlar törətməyi planlaşdırıb.

Xəbərdə bildirilib ki, bu şəbəkəyə Əli və Məhəmməd Fəxraui adlı əkiz qardaşlar başçılıq edirmiş.
Məlumata görə, şəbəkəyə daxil olan 6 nəfərin hamısı tutulsa da, onların başçılarından biri İranda gizlənir.


Müəllif: