10 Yanvar 2016 11:10
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Polşa hökuməti bilməlidir ki, Avropada bəzi fundamental dəyərləri pozmaq olmaz".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın Xristian Demokratik Birliyi fraksiyasının sərdi Folker Kauder deyib.

Onun sözlərinə görə, Avropa Birliyi KİV haqqında qalmaqallı qanunun qəbulundan sonra Polşa qarşı sanksiyalar tətbiq etməlidir: "Əgər biz Aropa dəyərlərinin pozulmasını görürüksə, AB-yə üzv dövlətlər sanksiyalar tətbiq etməkdə cəsarətli olmalıdırlar".

Qeyd edək ki, yanvarın 7-də Polşa prezidenti Avropa Birliyi tərəfindən pislənilən KİV üzərində nəzarət haqqında qalmaqallı qanunu imzalayıb.

Samir


Müəllif: