20 Aprel 2014 21:36
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Alyaska Ştatının Rusiyaya qaytarılması ilə bağlı petisiyanı rəsmi internet səhifəsindən çıxarıb.

ANS PRESS-in məlumatına görə, elektron petisiya lazımı qədər səs toplaya bilməyib.

ABŞ rəhbərliyinin petisiya ilə bağlı bəyanat verməsi üçün 100 minə yaxın səsə ehtiyac var idi. Alyaskanın Rusiyaya birləşdirilməsi haqqında petisiya martın 21-də dərc olunub. Müraciətə əsas kimi, Sibir sakinlərinin hələ yüz illər əvvəl Berinq boğazı ilə Alyaskaya keçdiyi və rusların 1732-ci ildə Alyaskanı kəşf etmiş ilk avropalılar olduğu göstərilib.

Xatırladaq ki, bundan əvvəl 2012-ci ilin noyabr ayından oxşar petisiya lazım olan səs sayını yığa bilmişdi. Texasın Birləşmiş Ştatlardan ayrılmasına dair petisiyaya 125-min nəfər səs versə də, Ağ Ev rəsmiləri bunun konstitusiyaya zidd olunduğu bildirib.


Müəllif:

Oxşar xəbərlər