1 Fevral 2016 15:33
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşməklə bağlı arzusu rusiyalı həmkarı Vladimir Putinə məruzə olunub".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putinin bu təklifi qəbul edib-etməməsi ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, yanvarın 30-da Rusiyanın daha bir qırıcısının Türkiyə hava sərhədlərini pozmasından sonra açıqlama verən Ərdoğan Putinlə görüşmək və bu məsələni dialoqla həll etmək istədiyini bildirib.

Samir


Müəllif: