Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski Yerevanda bildirib ki, Aİ miqrant axınının azaldılması və dayandırılmasında Ermənistana kömək edir.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, səfir deyib ki, Ermənistan miqrantlar ölkəsidir: "Ermənistanın ən iri donoru olan Aİ ermənilərin öz ölkəsində qalmaları üçün Ermənistan hakimiyyətinə kömək etmək istəyir. Biz gənc ermənilərə ixtisas almaqda kömək etmək, iri proqramlar sayəsində iş yerləri açmaq istəyirik".
O bildirib: "Problem ondadır ki, Aİ viza rejimini liberallaşdırsa və Ermənistan üçün sərhədləri açsa, Ermənistanın vəziyyəti necə olacaq? Aİ əvvəlcə Ermənistan hakimiyyəti ilə əməkdaşlığı inkişaf etdirmək istəyir ki, ölkə iqtisadiyyatı inkişaf etsin".