Bakının Xətai rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun M. Rüstəmov küçəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Rəşad Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Onlar təcilli olaraq xəstəxanaya çatdırılıblar. Tibbi yardım göstərilməsinə baxmayaraq, Rəşad Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Rəşad Əliyev xəstəxanada ölüb. Səbinə Sübhaninin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov