Naməlum silahlılar Nigeriyada rusiyalı dənizçiləri əsir götürüb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, silahlılar Rusiyaya məxsus neft daşıyan tankerə hücum ediblər. Dənizçilər arasında Rusiya, Gürcüstan və Filippin vətəndaşları var.
"The New York Times" qəzetinin məlumatlarına görə, girov götürülən dənizçilər "Leon Dias" tankerinin ekipaj üzvləridir.
Rusiya tərəfi faktla bağlı hələlik heç bir açıqlama verməyib.
Samir