6 Fevral 2016 16:30
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək neft gəlirləri erası artıq geridə qalıb.

Bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedyev "Vahid Rusiya" Partiyasının XV qurultayının açılışında çıxış edərkən deyib.

"Xahiş edirəm, insanlara yerinə yetirə bilməyəcəyiniz sözlər verməyin. Biz, xüsusən büdcə gəlirlərinin aşağı olduğu bir vaxtda məsuliyyətli siyasi qüvvəyik. Yüksək neft gəlirləri dövrü artıq başa çatıb. Biz hamımız, xüsusən baş nazir olaraq mən büdcəmizin vəziyyətinin nə yerdə olduğunu yaxşı bilirik", - o, söyləyib.

Bununla belə, D.Medvedev ölkənin və insanların inkişafı ilə bağlı layihələrə qənaət edilməyəcəyini diqqətə çatdırıb.

APA


Müəllif:

Oxşar xəbərlər