9 Fevral 2016 23:16
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honkonqun Vonkok ticarət rayonunda küçə ticarətçiləri ilə polis arasında toqquşmalar qeydə alınıb.

İnsident şəhər hökumətinin Ay təqvimi ilə yeni il şənlikləri zamanı küçələrdə qanunsuz quraşdırılmış qida və bəzək yeşiklərini yığışdırmaq barədə göstərişindən sonra baş verib.

Narazı ticarətçilər polisə daş atıb, yol hərəkəti nişanlarını qırıb və zibil qutularına od vurublar. Honkonq polisinin əməkdaşları da buna cavab olaraq havaya xəbərdarlıq atəş açıb, həmçinin etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə ediblər.

İğtişaşlar nəticəsində 23 nəfər saxlanılıb, azı 44 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Müəllif: