12 Fevral 2016 02:05
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı müdafiə nazirliyinin əməkdaşı general-mayor Əhməd Asiri ölkəsinin formalaşdırdığı koalisiyanın Suriyaya girəcəyi tarixi açıqlayıb.

Avropa.info xəbər verir ki, Asiri koalisiyanın mart, aprel aylarında Suriyaya girəcəyini deyib. Asiri İŞİD-ə qarşı vuruşacaq koalisiyada 38 ölkənin iştirak etmək istədiyini bildirib: "Koordinasiya mərkəzi quracağıq. Koalisiyanın tərkibi baş qərargah rəisləri səviyyəsində keçiriləcək toplantıda müəyyənləşəcək və yekun detallar da müdafiə nazirlərinin toplantısında müzakirə ediləcək".

Asiri Suriyaya əsgər göndərmək məsələsində Səudiyyənin mövqeyinin dəqiq və aydın olduğunu da qeyd edib.


Müəllif:

Oxşar xəbərlər