12 Fevral 2016 21:37
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb dövlətlərinin Rusiyanı İŞİD terror təşkilatına qarşı döyüşlərdə potensial müttəfiq hesab etməsi yanlışdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu amerikalı milyarder Corc Soros deyib. Onun sözlərinə görə, Putinin hədəfi Avropaya axan suriyalı qaçqın seli ilə Avropa İttifaqını dağıtmaqdır:

"Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı İŞİD-dən daha böyük təhdiddir. Putinin hədəfi Avropaya axan suriyalı qaçqın seli ilə Avropa İttifaqını dağıtmaqdır. Onun Suriyaya müdaxiləsi strateji cəhətdən səhvdir. Putin ortaq bir düşmənə - İŞİD-ə qarşı əməkdaşlıq adı altında öz hərəkətlərini gizlətmək istəyir. Ukraynada Minsk sazişinə imza atıb, amma öhdəliklərinə əməl etmir. Burada da eyni hərəkəti edir. ABŞ və Avropa İttifaqı liderləri Putinin davranışlarına haqq verirlər. Bunu anlaya bilmirəm. Həqiqət budur ki, Rusiya və Avropa İttifaqı hazırda yarışır və bu yarışda iqtisadiyyatı pis günlər keçirən Rusiya məğlub olacaq. Düşünürəm ki, Rusiyanı gələn il iflas gözləyir".

Samir


Müəllif:

Oxşar xəbərlər