13 Fevral 2016 08:35
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurası Şengen razılaşmasının həyata keçirilməsindəki pozuntuları aradan qaldırmaq üçün Yunanıstana 3 ay vaxt verib.

Bu barədə qurumun yaydığı bəyanatda məlumat verilir.

"12 fevral 2016-cı il tarixində Şura Yunanıstanın xarici sərhədlər üzrə Şengen razılaşmasının tələblərini ciddi pozmasıyla bağlı qərar üzrə tövsiyəni təsdiq edib. Tövsiyədə Yunanıstana bu çatışmazlıqları aradan qaldırmaq məsləhət görülür", - deyə sənəddə deyilir.

Sənəddə həmçinin rəsmi Afinanın Aİ Şurasının tövsiyələrinin qüvvəyə mindiyi andan bəri onun icrasını həyata keçirmək üçün 3 ay vaxtının olduğu vurğulanır.


Müəllif:

Oxşar xəbərlər