Amerikanın Dehlidəki səfiri Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Barak Obama administrasiyasının Pakistana F-16 döyüş təyyarələrinin satılması ilə bağlı qərarı təsdiqləməsi olub.
Məlumatlara görə, amerikalı səfirə Hindistan tərəfinin narahatlığı bildirilib və etiraz notası təqdim edilib: "Hindistan hökuməti Pakistanın bu təyyarələrdən terrorçuluğa qarşı istifadə edəcəyi ilə bağlı fikirlərlə razılaşmır".
Qeyd edək ki, ABŞ 699 milyon dəyərində olan 8 ədəd F-16 qırıcısını Pakistana satacaq.
Samir