15 Fevral 2016 12:05
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcək".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev "Time" jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, zamanı gəlincə Qərb özü təkliflər irəli sürəcək:

"Biz heç nə xahiş etməyəcəyik. Siz bizim ədəbiyyatımızı yaxşı bilirsiz. Mixail Bulqakovun "Master və Marqarita" adlı maraqlı əsəri var. Bu əsərdə deyilir ki, heç vaxt heç nə xahiş etməyin, özləri təklif edəcəklər və özləri hər şey verəcəklər. Biz də sanksiyaların ləğvini xahiş etməyəcəyik. Özləri gələcək və deyəcəklər: nəhayət, gəlin bunu sona çatdıraq".

Medvedev əlavə edib ki, sanksiyalar Rusiya iqtisadiyyatına cüzi təsir göstərib.

Rusiya Baş naziri Türkiyə-Rusiya münasibətlərinə də toxunub. O bildirib ki, Türkiyə Rusiyaya məxsus Su-24 qırıcısını vurmaqla NATO-nu təhlükə altına qoyub:

"Türkiyənin bu addımını məsuliyyətsizlik kimi qiymətləndirirəm. Əgər belə bir fakt Sovet dövründə olsaydı, çox ciddi münaqişə yaranardı. Ancaq Rusiyanın hazırki mövqeyi sülhsevərdir. Provokasiya olmasına baxmayaraq, Rusiya buna hərbi yolla cavab verməyib".

Samir


Müəllif:

Oxşar xəbərlər