17 Fevral 2016 00:19
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Xarici işlər naziri Sameh Şükri, Səudiyyə Ərəbstanının Suriyada quru əməliyyatları keçirmək istəməsinə öz münasibətini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyində yer alıb.

Nazir bu gün Qahirədəki çıxışında bildirib ki: “Bu Səudiyyə Ərəbstanının şəxsi qərarıdır. Bu qərarın terrorizimlə mübarizə aparan birləşmiş ərəb qüvvələrinə aidiyyatı yoxdur”.

Nazir onu da qeyd edib ki, Misir Suriya krizinin ancaq siyasi yolla həllinin tərəfdarıdır.


Müəllif:

Oxşar xəbərlər