NATO hazırda 1 milyarddan cox insanın sabitliyini təmin edir.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantik Alyansın baş katibinin müavini Aleksandr Verbşou bəyan edib.
O deyib ki, NATO-nun əsas məqsədi bütün üzvlərinin azadlıq və təhlükəsizliyini hərbi və siyasi yollarla təmin etməkdir: "Alyans ölkələrin suverenliyinə, hüqüq normalarına, insan hüqüqlarına, millət və xalqların azadlığına hörmət üzərində qurulub".
A.Verbşounun sözlərinə görə, NATO hazırda "İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı İraq, Suriya və Liviyada yerüstü hərbi əməliyyatları aparmaq niyyətində deyil.