27 Fevral 2016 12:26
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada əldə edilən atəşkəs razılığından sonra ilk terror aktı baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Hama vilayətinin Salamiya şəhərində baş verib. Məlumatlara görə, terror aktı zamanı partlayıcı yerləşdirilmiş avtomobil partladılıb.

Hadisə nəticəsində ən azı 2 nəfər həyatını itirib, 10-dan çox insan yaralanıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, fevralın 27-dən etibarən Suriyada atəşkəs elan edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər