Əfqanıstanın təhükəsizlik qüvvələri ölkənin şimalındakı Kunduz vilayətində "Taliban" radikal qruplaşmasına qarşı apardıqları əməliyyatlar zamanı 71 terrorçunu məhv edib.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə təhükəsizlik sistemindəki mənbəyə istinadən Khaama agentliyi bazar günü məlumat yayıb.
Əyalətin polis rəisi, general Məhəmməd Qasım Canqalbax jurnalistlərə bildirib ki, hərbçilər 61 döyüşçünü ( onlardan 3-ü "Taliban"ın komandirləri olub) Daşti-Arçi rayonunda məhv edib. Daha 10 terrorçu Çardara və Xanabad rayonlarında öldürülüb.
Nihad