Mixail Saakaşvili dünən daha bir qalmaqallı açıqlaması ilə fərqlənib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Odessa qubernatoru rayon-şəhər administrasiya başçılarının toplantısında Ali Radanın deputatlarını "mafiya, müftəxor, primitiv hüquqşünaslar və kinli əclaflar" adlandırıb.
Saakaşvili toplantıdakı çıxışının videoyazısını sosial şəbəkədə yayıb. O, deputatları Ukrayna gömrüyündə islahatlar haqqında qanun layihəsini tənqid etdikləri üçün bu cür xarakterizə edib: "Bütün səviyyələrdə mafiya hakimiyyətinin müqaviməti ilə üzləşirik".
Nihad