Prezident kürsüsündən kənarlaşdırılan Viktor Yanukoviç Ukraynaya qayıtmaq niyyətindədir.
Bunu sabiq Prezidentin vəkili Vitali Serdyuk Ukraynanın "Qlavkom" portalına müsahibəsində bildirib.
O deyib ki, V.Yanukoviçin vətəninə qayıtmağı üçün tələb olunan bütün hüquqi addımlar atılacaq.
Vəkil qeyd edib ki, hazırda V.Yanukoviç beynəlxalq axtarışda deyil və azad şəkildə bütün dünya üzrə hərəkət edə bilər: "Amma sabiq Prezidentin həyatı təhlükə altındadır. Ukraynanın aidiyyəti orqanları V.Yanukoviçə qarşı həyata keçirilmış sui-qəsd üzrə istintaqı aparmır və sui-qəsdin təşkilatçılarını cinayət məsuliyyətinə cəlb etmirlər".
V.Serdyuk onu da bildirib ki, V.Yanukoviç prezident vəzifəsindən imtina etməyib və özünü ölkə rəhbərliyindən kənarlaşdırmayıb.(Trend)