"Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsində arzuolunmaz gecikmələr olsa da, layihənin tamamlanması üçün heç bir maneə qalmayıb".
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib. Onun sözlərinə görə, 2016-cı ilin sonuna kimi layihə tam hazır olacaq:
"Bu xətt üzrə əvvəlcə yük, daha sonra isə sərnişin qatarları hərəkət edəcək və bununla da keçmişdən qaynaqlanan problemlər öz həllini tapacaq. Qarşımızda işin başa çatdırılması üçün heç bir maneə qalmayıb".
Samir