Petr Poroşenkonun Bloku fraksiyası Aresni Yatsenyukun baş nazir postundan uzaqlaşdırılması barədə qərar qəbul olunmasını müzakirə edir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə "Ukrainskaya pravda" fraksiyadakı mənbəyə istinadən bildirib.
"Ukrayna Konstitusiyasının 85-ci maddəsinin 12-ci bəndində deyilir ki, Ali Rada baş naziri dəyişmək hüququna malikdir", - deputatlardan biri deyib.
"Fraksiyada bu məsələ ilə bağlı müzakirə aparılıbmı" sualına cavab verən digər deputat bu variantın müzakirə edildiyini bildirib.
"Bu həftə məsələ ilə bağlı səsvermə keçirə bilərik", - o əlavə edib.
Nihad