18 Mart 2016 10:55
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şimali Koreya gecə saatlarında Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, raketlər 20 dəqiqə fasilə ilə atılıb. Məlumatlara görə, raketlər 17 kilometr məsafə qət etdikdən sonra radardan itib. Güman olunur ki, raketlər havada partlayıb.

Hadisədən dərhal sonra Yaponiyanın Baş naziri Sindzo Abe təcili toplantı çağırıb və dünya ictimaiyyətini Şimali Koreyaya qarşı ciddi tədbirlər görməyə çağırıb.

Bu arada Pentaqon Koreya Xalq Demorkatik Respublikasının (KXDR) ballistik raket sınağını keçirməsini təsdiqləyib.

Qeyd edək ki, KXDR bu ilin yanvar və fevralında oxşar addım atmışdı. Martın əvvəlində isə BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Samir


Müəllif:

Oxşar xəbərlər