19 Mart 2016 22:08
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc qız Rusiyada bu gün baş verən və 62 nəfərin ölümünə səbəb olan təyyarə qəzasından sağ çıxıb.

Məlum olub ki, Elvira İsayeva adlı Rusiya vətəndaşı ad günü səbəbindən təyyarəyə gecikib. Hadisənin baş verdiyini eşitdikdən sonra Elvira fikirlərini sosial şəbəkədə paylaşıb:

"Mən bilmirəm bu necə baş verdi. Bu təsadüfdür. Mən ad günündə olduğum üçün təyyarəyə gecikdim. Bir müddət sonra bu xəbəri aldım".

Qeyd edək ki, Dubayın “FlyDubai” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Rostov aeroportunda eniş edərkən qəzaya uğrayıb. İlkin ehtimallara görə, qəzaya səbəb pis hava şəraiti olub.

Teleqraf.com E.İsayevanın sosial şəbəkədə paylaşdığı həmin görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər