25 Mart 2016 08:38
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son altı ildə terrorçuluqla şübhəli əlaqələrinə görə, 128 ölkədən 38 min 269 nəfərin Türkiyəyə gəlməsinə qadağa qoyulub.

Rəsmi məlumata görə, terrorçuluq fəaliyyəti səbəbindən 95 ölkədən 3 min 290 nəfər Türkiyədən təmsil olunduğu ölkələrə deportasiya olunub. Eləcə də, 2016-cı il martın 22-də Belçikanın paytaxtı Brüsseldə hava limanında və metroda törədilən üç partlayış nəticəsində 34 şəxsin həlak olması, xeyli sayda insanın yaralanması ilə nəticələnən qanlı terror aktlarını törədənlərdən biri - İbrahim əl-Bakraui Niderland vətəndaşı olduğu üçün 14 avqust 2015-ci il tarixində Türkiyədə saxlanılaraq pasport qeydiyyatında olduğu ölkəyə göndərilib. Türkiyə tərəfi diplomatik kanallarla İbrahim əl-Bakrauinin İŞID terrorçu qruplaşması ilə əlaqəsi barədə faktları Niderlandın Xarici İşlər Nazirliyinə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər