Avropa Birliyi (AB) bəzi Avropa ölkələrinə viza tətbiq edən ABŞ və Kanadaya xəbərdarlıq edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, AB nümayəndəsi Mina Andreeva Brüsseldə mətbuat konfransında ABŞ və Kanadaya eyni addımların atıla biləcəyini deyib: "Aprelin 12-də ABŞ və Kanadaya qarşı viza şərtləri tətbiq ediləcək. Əgər həmin müddətə qədər ABŞ və Kanada bəzi Avropa ölkələrinə qarşı viza rejimini aradan qaldırmasalar, Avropa Birliyi olaraq biz də onların vətəndaşlarına uyğun viza rejimi tətbiq edəcəyik".
Ayxan