9 Aprel 2016 14:25
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladeni öldürdüyü iddia olunan sabiq ABŞ dəniz piyadası Robert O'Nil Montana ştatında polislər tərəfindən həbs olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onu həbsinə avtomobili sərxoş şəkildə idarə etməsi səbəb olub. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mağazanın önündə işlək vəziyyətdə park olunmuş avtomobildə yatmış vəziyyətdə olan sürücü aşkar ediblər. Keçmiş hərbçi iddia edib ki, onu həkimin təyin etdiyi tibbi preparatlar qəbul etdiyi üçün yuxu tutub. Ancaq analizin nəticəsi onun alkoqol qəbul etdiyini göstərib. Polis əməkdaşları onu saxlama məntəqəsinə aparıb ittiham irəli sürüblər.

Qeyd edək ki, 38 yaşlı sabiq hərbçi 2014-cü ilin noyabrında Britaniyanın “Daily Mail” qəzetinə verdiyi açıqlamada 2011-ci ilin may ayında dünyanın “bir nömrəli terrorçusu”nu məhz özünün öldürdüyünü açıqlamışdı.

Səxavət


Müəllif:

Oxşar xəbərlər