İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə maraqlı anlar yaşanıb. Teleqraf.com xəbər verir ki, tədbirdə iştirak etmək məqsədilə İstanbula gələn Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səid və İran prezidenti Həsən Ruhani protokol əsasında yan-yana durmalı olublar. Lakin zirvə iştirakçıları ailə fotosu çəkdirən zaman hər iki liderin bir-birindən kənarda durması və yaxınlaşmamaq üçün atdığı addımlar diqqətdən yayınmayıb.
Fotoların birində kral Salman ailə şəkili çəkdirdikdən sonra hərəkət edərkən prezident Həsən Ruhani ilə üz-üzə gəlib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İran arasında gərginlik hökm sürür. Gərgin münasibətlər bu ilin əvvəllərindən müşahidə edilməyə başlayıb. Buna səbəb isə Səudiyyədə şiə dini liderin edam olunması barədə göstəriş və onun həyata keçirilməsi olub. Bu hadisəyə İran etiraz edib və hətta Tehranda Səudiyyənin səfirliyi qarşısında ciddi mitinqlər təşkil olunub. Bu olaydan dərhal sonra Səudiyyə İrandakı səfirliyini geri çağırıb. Bununla da, iki ölkə arasında diplomatic və iqtisadi əlaqələr dondurulub.
Nemət