Türkiyənin Mardin vilayətinin Savur rayonunda hərbçilərə məxsus zirehli maşının keçdiyi zaman partlayış törədilib.
Teleqraf.com xəbər verir ki, terror aktı nəticəsində 4 hərbçi şəhid olub, 2-si yaralanıb. Təhlükəsizlik qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata başlanıb.
Şırnak vilayətində isə PKK terrorçularına qarşı davam edən əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Xəsarət alanlar Şırnak Hərbi hospitalına göndərilib.