16 Aprel 2016 10:22
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yaponiyanın Kumamoto prefekturasında yerləşən Aso vulkanında çox da böyük olmayan püskürmə baş verib.

Milli Meteorologiya Agentliyi bunun regionu son günlər silkələyən silsilə zəlzələlərlə əlaqəli olmadığını bildirib.

Meteoroloqların məlumatına görə, Aso vulkanı təqribən 100 metr hündürlüyə kül püskürüb. Vulkan püskürməsi nəticəsində regionda aviareyslərin təxirə salınması barədə məlumat verilmir.


Müəllif: