18 Aprel 2016 16:20
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvarından Türkiyəyə viza məhdudiyyəti tətbiq edən Rusiya daha bir addım atıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Türkiyə vətəndaşlarına viza məhdudiyyətinin əhatəsini bir qədər də genişləndirib.

Məlumata görə, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları bundan sonra Rusiyaya viza almadan gedə bilməyəcəklər.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə hava məkanını pozması səbəbindən yerə endirilməsi olub.

Nemət


Müəllif:

Oxşar xəbərlər