20 Aprel 2016 15:14
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Rusiya prezidenti Vladimir Putin haqqında maraqlı açıqlama ilə çıxış edib.

Teleqraf.com-un məlumatına görə, keçmiş dövlət katibi Avstriyanın “Die Press” nəşrinə müsahibəsində bildirib ki, Putin olduqca ağıllı, amma qəddar adamdır: “O, Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı olub deyə hər şeyə nəzarət etmək istəyir. Putin hesab edir ki, hamı Rusiyaya qarşı sözləşib”.

Onun sözlərinə görə, Vladimir Putinin prezidentliyi dövrünün əvvəlində əlində zəif kartlar olsa da, yaxşı oynayırdı: “Ən azı, qısamüddətli perspektivdə. Rusiya prezidentinin hədəfi Avropa Birliyini dağıtmaq və NATO-nun dünyada təsirini azaltmaqdan ibarət idi”.

Madlen Olbrayt onu da əlavə edib ki, ABŞ Rusiyaya münasibətdə heç bir problemə malik deyil.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər