ABŞ-ın Ohayo ştatında baş verən atışmada ölənlərin sayı 8-ə çatıb.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisə yerində daha bir nəfərin cəsədi tapılıb. Bundan əvvəl isə 7 nəfərin öldüyü bildirilirdi.
Yeddi nəfərin cəsədi bir küçədə yerləşən 3 müxtəlif evdə aşkar edilib. Ehtimal edilir ki, ölən 6 böyük və 2 yeniyetmə şəxs bir ailənin üzvləri olublar. Hadisənin başvermə səbəbləri hələ ki məlum deyil. Həmin ərazidə olan məktəblərin hamısı bağlanıb.