ABŞ-ın Dövlət katibi Con Kerri iranlı həmkarı Cavad Zərif ilə Nyu Yorkda bir araya gəliblər.
Teleqraf.com Xarici KİV-ə istinadən xəbər verir ki, Kerri və Zərif nüvə razılaşmasının həyata keçirilməsi ilə bağlı mövzuları müzakirə ediblər.
Kerri İranın nüvə proqramından qaynaqlanan sanksiyaları aradan qaldırdıqlarını, əgər nüvə məsələsindən başqa sanksiya qərarı yoxdursa, İran bankları və firmaları ilə iş birliyi həyata keçirilməsinə qarşı olmadıqlarını bildirib.
Dövlət katibi qeyd edib ki, bəzi xarici bankların İranla əlaqədardə hələ də problemləri var : “Bu banklara inamla hərəkət edə bilmələri üçün Amerika Maliyyə Nazirliyinə müraciət etmələrini tövsiyə edirik”.
İran xarici işlər naziri Cavad Zərif Amerika tərəfindən atılacaq səmimi addımlardan sonra bu razılaşmadan irəli gələn hüquqları əldə etməyə ümidli olduqlarını bildirib.
İranla Qərb dövlətləri arasındakı nüvə razılaşmasına görə, Tehran nüvə fəaliyyətlərini məhdudlaşdırmaq barədə söz verib.
İlhamə Əbülfət