26 Aprel 2016 21:54
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Flippində Əbu Səyyaf yaraqlılarının girov götürdükləri əcnəbilərdən biri edam edilib. Teleqraf.com xəbər verir ki, Kanadanın baş naziri Justin Trudeau faktı təsdiqləyib.

Trudeau bildirib ki, ötən ilin iyul ayında girov götürülən iki kanadalıdan biri- Con Ridsdel vəhşicəsinə öldürülüb.

Yaraqlılar ötən ili iki Kanada və bir Norveç vətəndaşını qaçırmışdılar. Onların sərbəst buraxılması üçün 8 milyon Kanada dolları tələb ediblər və aprelin 25-ə qədər vaxt qoymuşdular. Flippinli polislər selofan torbanın içərisində əcnəbi vətəndaşa aid baş aşkar etdiklərini bildiriblər.

Flippin prezidenti Benigno Aquino Əbu Səyyaf qruplaşmasının üzvlərinin tezliklə zərərsizləşdirilməsi üçün əməliyyatlara başlanılmasına dair göstəriş verib. Prezident Ridsdelin yaxınlarına dərin hüznlə başsağlığı verib.


Müəllif:

Oxşar xəbərlər