27 Aprel 2016 11:54
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya NATO ilə silah vasitəsilə danışmaq istəmir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Moskvada keçirilən V Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

Onun sözlərinə görə, Moskva məsələlərin masa ətrafında müzakirəsini üstün tutur: "Biz Alyansla danışıqlar masasında danışmaq istəyirik. Rusiya NATO ilə əlaqələrin yenidən bərpasına qarşı çıxmır. Ancaq bütün bunlar qarşılıqlı şəkildə razılaşdırılmalıdır".

Şoyqu əlavə edib ki, Rusiya beynəlxalq və regional sabitliyin möhkəmləndirilməsi üzrə konkret addımların hazırlanacağına ümid edir.

Samir


Müəllif:

Oxşar xəbərlər