Mərakeş hüquq-mühafizə orqanları Belçikada terror aktları törətməyi planlaşdıran İŞİD üzvlərini həbs edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat ölkənin şimal-şərqində yerləşən Nador şəhərində həyata keçirilib.
Bildirilir ki, saxlanılanlar İraqda döyüşən İŞİD-çilərlə sıx əlaqədə olublar.
Terrorçuların hədəfində hava limanı, hərbi obyektlər və polis məntəqələri olub. Həmçinin məlum olub ki, tutulanlar İŞİD rəhbərliyindən Mərakeşin şimalında “əmirliyin” yaradılmasına dair təlimatlar alıblar.