Avropa Parlamenti sabah axşam növbədənkənar plenar iclasa toplanacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iclasda viza rejiminin ləğvi ilə bağlı Türkiyənin yerinə yetirməli olduğu şərtlər müzakirə ediləcək.
Avropa Birliyi naziri Volkan Bozkır viza rejiminin aradan qaldırılması və Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələlərini Avropa Şurası, Avropa Parlamenti və Avropa Komissiyası rəhbərləri ilə müzakirə etmək üçün bugün Starsburqa gedir.
Türkiyə baş naziri Əhməd Davudoğlunun istefa xəbərindən sonra Türkiyə-Avropa Birliyi münasibətlərində böhran elementləri görünməyə başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin bəzi şərtlərini, xüsusən terrorizmlə mübarizə qanunun yumşaldılması kriteriyasını kəskin tənqid edib.
Mahir