Türkiyənin Antalya və Finikli vilayətlərində teror qrupu PPK-ya sosial şəbəkələrdə dəstək verən və dövlət rəsmilərini təhqir edən biri qadın olmaqla 10 nəfər saxlanılaraq məhkəməyə gətirilib.
Musavat.com xəbər verir ki, saxlanılanlardan birinin atası etdiyi hərəkətə görə əli qandallı olan oğlunun üzünə tüpürüb.
Antalya Polis şöbəsi teror qrupu PPK-nı sosial şəbəkələrdə dəstəkləyən və təriflər yağdıran, dövlət rəsmilərini təhqir edən, polis orqanlarını və ordunu təhqir edən paylaşımlara görə 10 nəfəri saxlayıb.
Saxlanılan şəxslər məhkəmə binasının qarşısında polis maşınlarına mindirilərkən, həmin şəxslərdən birinin atası əli qandallı olan oğlunun üzünə tüpürüb və "Köpək Apo (Abdullah Öcalan) gəlsin indi sizi qurtarsın" deyərək, oğluna öz etirazını bildirib.