18 May 2016 19:51
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı 11 sentyabr hadisələrində həyatını itirənlərin ailələrinin Səudiyyə Ərəbistanına qarşı iddia irəli sürməsinə imkan verən qanun layihəsini qəbul edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki,“Terrorçuların sponsorlarına qarşı” adlı qanun layihəsi bir Demokrat və bir Respublikaçı senator tərəfindən hazırlanıb.

Məlumatlara görə, 1976-cı ildə Vaşiqntonun qəbul etdiyi qərara əsasən ABŞ məhkəmələrində başqa ölkələr haqqında ittiham irəli sürülə bilməz. Bu gün qəbul edilən qanun layihəsi 1976-cı ildəki qərarın ləğvi anlamına gəlir.

Qeyd edək ki, məsələ Ər-Riyad hökuməti tərəfindən narazılıqla qarşılanıb və Kral Salman verdiyi açıqlamada aşkar şəkildə ABŞ-ı təhdid edib: “ABŞ-dakı 750 milyard dollarlıq əmlakımızı satışa çıxaracağıq”.

Ekspertlər belə bir satışın çox çətin olacağını və Səudiyyənin də ABŞ qədər zərər görəcəyini bildiriblər. Obama isə bu qanun layihəsinə qarşı çıxır. Bununla bağlı Ağ Evin sözçüsü Coş Ernest açıqlama verib.

Samir


Müəllif: