"Rusiyaya qarşı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları Minsk öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqələndirmək absurddu".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, rəsmi Kiyev Minsk danışıqları zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir və buna hazır deyil.
Peskov qeyd edib ki, Rusiya bu məsələdə münaqişə tərəfi deyil: "Rusiya Minsk öhdəliklərini yerinə yetirə bilməz. Bu öhdəliklər yalnız münaqişə tərəflərinə aiddir".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin verdiyi açıqlamalarda ölkəsinin Minsk öhdəliklərini yerinə yetirdiyini bildirmişdi.
Samir