Rusiya Liberal Demokrat Partiyasının banisi və lideri Vladimir Jirinovski Dövlət Dumasına velosipedlə gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Dumanın qarşısında Jirinovski bu addımı ilə bağlı fikirlərini bölüşüb:
"Velosiped ən yaxşı nəqliyyat növüdür. Özün sürürsən, nəfəs alırsan, ağır Moskva küçələrini rahat keçirsən".
Qeyd edək ki, oxşar aksiya mayın 20-dən etibarən Rusiyanın 60 şəhərində keçirilir. Bu günlər aksiya iştirakçıları üçün Moskvada velosiped icarəyə verən yerlərdə və bəzi restoranlarda endirimlər edilir.
Samir