"Türkiyə ABŞ-dan döyüş təyyarələri almayacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin müdafiə sənayesi nazirinin müavini İsmayıl Demir məlumat verib.
Onun sözlərinə görə, Ankara terrorçuluğa qarşı mübarizə məsələsində Vaşinqtondan yetərincə dəstək almayıb: "Türkiyə NATO-nun tərəfdaşı kimi terrorçuluğa qarşı mübarizə aparanda ABŞ Konqresi Türkiyəyə pilotsuz aparatların və digər silahların satışına qarşı çıxış edib. Amerika hökumətinin bu qərarına cavab olaraq, Ankara 2013-cü ildən başlayaraq yerli pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı ciddi addımlar atmağa başladı. Bu sahənin inkişafı üçün müəyyən müddət tələb olunur. Ancaq deyə bilərəm ki, biz məsələdə ciddi uğurlar qazanmışıq".
Samir