27 May 2016 22:15
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 27-də Tokionun “Haneda” hava limanının uçuş zolağında “Korean Air” aviakompaniyasına məxsus “Boeing 777” təyyarəsinin mühərrikində baş verən yanğın səbəbindən azı 292 reys ləğv olunub.

Tokio şəhərindən Seula uçmalı olan “Korean Air” aviakompaniyasına məxsus “Boeing 777” təyyarəsinin 319 sərnişini və ekipaj üzvü təcili olaraq təxliyə edilib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Uçuş-eniş zolaqlarının əksəriyyətinin işinin bərpa edilməsinə baxmayaraq, hadisə bir sıra reyslərin ləğvinə səbəb olub. 50 mindən çox sərnişinin səfərlərini təxirə salmaq məcburiyyətində qalıb.

Polisin verdiyi məlumata əsasən, hazırda alov söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

/Teleqraf.com/


Müəllif:

Oxşar xəbərlər