İordaniya kralı II Abdulla keçmiş xarici işlər naziri Xani Əl-Mulkiyə ölkənin yeni hökumətini formalaşdırmağı tapşırıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat yayıb.
İordaniya kralı II Abdulla yeni seçkilərə hazırlıq üçün parlamentin aşağı palatasının (Nümayəndələr Palatası) buraxılması barədə fərman verib. Konstitusiyaya əsasən parlamentin buraxılmasından sonra baş naziri Abdulla Ensurun rəhbərlik etdiyi Nazirlər Kabineti istefa verib. Kral II Abdulla əvvəllər müxtəlif nazir postlarını tutmuş Xani əl-Mulkini baş nazir təyin edib. Xani əl-Mulkiyə bu ilin sonuna qədər Nümayəndələr Palatasına seçkiləri təşkil etmək tapşırılıb.