Son 2 gün ərzində Əfqanıstanın Helmand əyalətində gedən ağır döyüşlərdə onlarla polis ölüb.
Əyalət polisinin komandiri Esmatullah Davlatzai mayın 29-30-da 50-dən çox polisin həlak olduğunu bildirir.
Bundan başqa 50-dən çox polisin yaralandığı xəbər verilir.
Xəsarət alanlardan çoxunun təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir. Agentliklərin məlumatına görə talibançılar regiondakı bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Regiona əlavə əsgər və aviasiya qüvvələri göndərilib.