31 May 2016 16:35
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan hökuməti 2003-cü ildən indiyədək 20-ci əsrin siyasi repressiya qurbanlarına 30 milyon dollardan çox pul ödəyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Kərim Masimov deyib:

"Hər il mayın 31-də Qazaxıstanda 20-ci əsrin birinci yarısında siyasi represiyaya məruz qalan insanların xatirəsi anılır. Qanuna əsasən, SSRİ-nin repressiyasına məruz qalan şəxslərə həbs düşərgələrində keçirdikləri hər aya görə orta aylıq göstəricinin 3/4 hissəsinə bərabər məbləğdə aylıq kompensasiya ödənilir. 2016-cı ildə orta aylıq göstərici 6,3 dollar olub. Hazırda Qazaxıstanda bu cür müavinət alan 35325 nəfər var".

Baş nazir qeyd edib ki, 20-ci əsrdə ən böyük islah-əmək düşərgələri yerləşib və bu düşərgələrdə 5 milyon insan cəza çəkib.

Samir


Müəllif:

Oxşar xəbərlər