"Rusiya NATO-nun tərəfdaşlarına qarşı təhlükə törətmir, lakin Alyans hibrid və informasiya müharibəsinə hazırdır".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Polşa telekanallarından birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO rəsmi Moskva ilə konfrontasiyaya hazırlaşmır, alyansın Şərqi Avropada hərbi varlığını artırması Rusiyaya deyil, Yaxın Şərq və Şimali Afrikadan gələn təhlükələrə qarşı atılan addım kimi qiymətləndirilməlidir: "Rusiya bizi yeni "soyuq müharibə"ni başlatmaqda ittiham edir. Moskva bildirir ki, NATO-nun Rusiyanın sərhədlərində möhkəmlənməsi təhlükəsizliyə təhdiddir. Ancaq biz hər dəfə bəyan edirik ki, biz Rusiya ilə konfrontasiya istəmirik. Biz Şərqi Avropanı yeni silahlı hücumlardan qorumaq istəyirik".
Bununla yanaşı, Stoltenberq bildirib ki, NATO bütün tərəfdaşlarını hər cür təhlükədən qorumağa hazırdır: "Bunun, hibrid, informasiya və ya real müharibə olacağının heç bir fərqi yoxdur".
Samir