"Avropa Birliyinin dağılması Rusiya prezidenti Vladimir Putinin ürəyincədir".
Teleqraf.com xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın "Financial Times" qəzetində məqalə dərc edilib.
Məqalə müəllifinin sözlərinə görə, ekspertlərin əksəriyyəti düşünür ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsini hamıdan çox Putin istəyir: "Qərbdə çoxları Putinin Avropa Birliyini dağıtmaq istədiyini fikirləşir. Onlar hesab edirlər ki, Rusiya həmişə Avropaya qarşı bəd niyyətli olub və Avropa Birliyini çox zəif hesab edib".
Müəllifin fikrincə isə, təhlükəsizlik Rusiyanın siyasətinin prioritet istiqamətlərindən biridir, regional sabitlik isə onun təminat şərtidir: "Rusiya hesab edir ki, Avropa Birliyinin dağılması Avropanı öz arxasınca sürükləyə bilər.
Bəziləri Rusiyanı bu bloku dağıtmaqda ittiham edir. Ancaq Rusiyanın Baltikyanı ölkələri hədələməsi və Yunanıstanla yaxınlaşması Kremlin dilpomatik addımı kimi qiymətləndirilməlidir. Bununla yanaşı Rusiya etiraf edir ki, Avropa Birliyi etibarlı təhsili və vahid ticarət zonası məsələsində önəmli təşkilatdır".
Məsələ ilə bağlı qəzet xatırladır ki, avro böhranı zamanı Rusiya öz narahatlığını bildirmiş və Avropa Mərkəzi Bankına maliyyə yardımı təklif etmişdi. Avrasiya İqtisadi Birliyinin yaradılması ilə Putin Avropa Birliyilə əməkdaşlıq münasibətlərini qaydaya salmaq istəyirdi.
Ancaq burada daha bir sual yaranır: Niyə görə rusiyalı lider Britaniyada keçiriləcək referendumla bağlı heç nə demir? Müəllif iddia edir ki, Moskva Britaniyanın daxili işlərinə qarışmağın Rusiya üçün müsbət nəticələr verməyəcəyinə əmindir.
Qeyd edək ki, Britaniyanın baş naziri Devid Kemeron ölkəsinin Avropa Birliyini tərk etməsinin Rusiyanı xoşbəxt edəcəyini açıqlamışdı.
Samir